Futbol üzrə Topaz Premyer Liqasında mövsümün ikinci yarısına fevralın 9-da Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da start veriləcək. Lent.az-ın məlumatına görə, saat 15:00-da başlanacaq XIX turun açılış oyununda Gəncənin “Kəpəz” və “Neftçi” komandaları üz-üzə gələcək.
Gəncə şəhər stadionunun ot örtüyü bərbad vəziyyətdə olduğundan, “Kəpəz”in rəqiblərini məhz bu arenada qəbul etməsinə qərar verilib. Tura isə fevralın 11-də Lənkəran şəhər stadionunda “Xəzər Lənkəran” – “İnter” matçı ilə yekun vurulacaq.
9 fevral (şənbə)
15:00. “Kəpəz” (Gəncə) – “Neftçi” (Bakı)
Bakı, “Dalğa Arena”
17:00. “Rəvan” (Bakı) – “Turan” (Tovuz)
Bakı, “Bayıl Arena”
18:30. AZAL (Bakı) – “Simurq” (Zaqatala)
Bakı, “AZAL Arena”
10 fevral (bazar)
13:30. “Bakı” – “Sumqayıt”
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
15:30. “Qəbələ” – “Qarabağ” (Ağdam)
Qəbələ şəhər stadionu
11 fevral (bazar ertəsi)
16:00. “Xəzər Lənkəran” – “İnter” (Bakı)
Lənkəran şəhər stadionu.