Futbol üzrə Topaz Premyer Liqasında XIX turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, keçmiş beynəlxalq dərəcəli hakimlərdən Fariz Yusifovun 2013-cü ilin ilk turunda heç bir matça göndərilməməsi qərara alınıb.
Əvəzində Vüsal Əliyev “Qəbələ” – “Qarabağ” görüşünü idarə edəcək. Hazırkı FİFA referilərindən Anar Salmanov AZAL – “Simurq”, Əliyar Ağayev “Kəpəz” – “Neftçi”, Rəhim Həsənov isə “Xəzər Lənkəran” – “İnter” görüşünə təyinat alıb. Futzal üzrə FİFA referisi Elçin Məmmədova isə “Bakı” – “Sumqayıt” matçı tapşırılıb. Nəhayət, Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun oğlu Rauf Cabbarov “Rəvan” – “Turan” matçında fit çalacaq.
9 fevral (şənbə)
15:00. “Kəpəz” (Gəncə) – “Neftçi” (Bakı)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Bakı, “Dalğa Arena”
17:00. “Rəvan” (Bakı) – “Turan” (Tovuz)
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Ramiz Əsədov, Feyzulla Feyzullayev
Bakı, “Bayıl Arena”
18:30. AZAL (Bakı) – “Simurq” (Zaqatala)
Hakimlər: Anar Salmanov, Namiq Hüseynov, Mübariz Haşımov, Ramiz Məhərrəmov
Bakı, “AZAL Arena”
10 fevral (bazar)
13:30. “Bakı” – “Sumqayıt”
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Cavanşir Yusifov, Ömər Paşayev
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
15:30. “Qəbələ” – “Qarabağ” (Ağdam)
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azər Əsgərov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu
11 fevral (bazar ertəsi)
16:00. “Xəzər Lənkəran” – “İnter” (Bakı)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramil Diniyev
Lənkəran şəhər stadionu.