Topaz Premyer Liqası: Con Toşakın debüt matçının vaxtı açıqlandı
26 mart 2013 17:15 (UTC +04:00)

Topaz Premyer Liqası: Con Toşakın debüt matçının vaxtı açıqlandı

 

 

 

Futbol üzrə Topaz Premyer Liqasında XXIV turun bütün oyunları martın 30-da keçiriləcək. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı tura paytaxt arenalarında keçiriləcək 3 oyunla start veriləcək.

 

Saat 15:00-da ilk “6-lıq” komandalarından “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Qəbələ”ni qəbul edəcək. Bu yarımqrupda daha 2 oyun saat 17:00-da başlanacaq. “Simurq” Zaqatala şəhər stadionunda “Bakı”nı, “İnter” isə “Şəfa” stadionunda lider “Neftçi”ni qəbul edəcək.

 

Tura isə saat 18:00-da başlanacaq “Xəzər Lənkəran” – AZAL matçı ilə yekun vurulacaq. Bu qarşılaşmada Con Toşak Lənkəran komandasının baş məşqçisi qismində debüt edəcək.

 

30 mart (şənbə)

 

15:00. “Qarabağ” (Ağdam) – “Qəbələ”
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

 

15:00. “Sumqayıt” – “Kəpəz” (Gəncə)
Bakı, “Bayıl Arena”

 

15:00. “Turan” (Tovuz) – “Rəvan” (Bakı)
Bakı, “Dalğa Arena”

 

17:00. “Simurq” (Zaqatala) – “Bakı”
Zaqatala şəhər stadionu

 

17:00. “İnter” (Bakı) – “Neftçi” (Bakı)
Bakı, “Şəfa” stadionu

 

18:00. “Xəzər Lənkəran” – AZAL (Bakı)
Lənkəran şəhər mərkəzi stadionu.

 

 

# 675
avatar

Oxşar yazılar