Futbol üzrə Topaz Premyer Liqasında ən güclü “6-lığ”a ilk vəsiqənin sahibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu, Bakının “İnter” klubudur.
“İnter” XIX turun son oyununda səfərdə “Xəzər Lənkəran”ı 3:2 hesabı ilə məğlub edərək, xallarını 37-yə çatdırıb. Bununla da baş məşqçi Kaxaber Tsxadadzenin komandası hazırda 7-ci pillədə gedən AZAL üçün əlçatmaz olub. Təsnifat mərhələsinin sonuna 3 tur qalmış AZAL 18 oyundan 23 xalla 7-cidir. Hətta “Neftçi” ilə ehtiyatda olan oyunu qələbə ilə başa vursa belə, “təyyarəçilər” “İnter”ə çata bilməyəcəklər. “Xəzər Lənkəran” isə bu məğlubiyyətdən sonra 24 xalla 6-cı pillədə qalıb.
11 fevral (bazar ertəsi)
“Xəzər Lənkəran” – “İnter” (Bakı) -2:3
Uğur Pamuk, 52. Ağabala Ramazanov, 83 - Asif Məmmədov, 5. Baçana Sxadadze, 32. Samir Zərgərov, 82
10 fevral (bazar)
“Bakı” – “Sumqayıt” – 1:1
Qollar: Marius Pena, 29 - Orxan Əliyev, 12
Qırmızı vərəqə: Aqil Nəbiyev, 59 (“Bakı”)
“Qəbələ” – “Qarabağ” (Ağdam) – 1:1
Qollar: Luka Zinko, 41 - Riçard Almeyda, 55-penalti ilə
9 fevral (şənbə)
“Kəpəz” (Gəncə) – “Neftçi” (Bakı) – 0:3
Qollar: Flavinyo, 26. Nikolas Kanales, 68. Araz Abdullayev, 73
“Rəvan” (Bakı) – “Turan” (Tovuz) – 2:0
Qollar: Miloş Adamoviç, 36. Mindauqas Kalonas, 71
AZAL (Bakı) – “Simurq” (Zaqatala) – 1:1
Qollar: Junior Nildo, 55 - Zdravko Popoviç, 2
Qırmızı vərəqə: Rasim Ramaldanov, 62 (“Simurq”)
N |
Komandalar |
O |
Q |
H |
M |
T |
X |
1 |
İnter |
19 |
10 |
7 |
2 |
22-9 |
37 |
2. |
Simurq |
19 |
9 |
7 |
3 |
24-12 |
34 |
3. |
Qarabağ |
19 |
8 |
8 |
3 |
24-17 |
32 |
4. |
Neftçi |
18 |
10 |
2 |
6 |
38-21 |
32 |
5. |
Qəbələ |
19 |
8 |
5 |
6 |
22-19 |
29 |
6. |
Xəzər Lənkəran |
19 |
6 |
6 |
7 |
26-21 |
24 |
7. |
AZAL |
18 |
5 |
8 |
5 |
22-20 |
23 |
8. |
Sumqayıt |
19 |
5 |
6 |
8 |
18-33 |
21 |
9. |
Turan |
18 |
5 |
5 |
8 |
19-24 |
20 |
10. |
Bakı |
18 |
3 |
11 |
4 |
16-14 |
20 |
11. |
Rəvan |
19 |
5 |
4 |
10 |
18-31 |
19 |
12. |
Kəpəz |
19 |
2 |
3 |
14 |
11-39 |
9 |
Bombardir: Nikolas Kanales (“Neftçi”) - 15 qol.