Topaz Premyer Liqası: “Bakı” və “Qəbələ” uduzsa...
16 aprel 2013 00:57 (UTC +04:00)

Topaz Premyer Liqası: “Bakı” və “Qəbələ” uduzsa...

Qızıl və gümüş medala iddialıların sayı 4-ə enəcək

 

Futbol üzrə Topaz Premyer Liqasında XXVII turun proqramı açıqlanıb. Lent.az-ın məlumatına görə, final mərhələsində ilk dövrənin aprelin 19-a təsadüf edəcək açılış oyununda çempionatın autsayderləri üz-üzə gələcək.

 

Qərb derbisində “Kəpəz” “Turan”ı Gəncədə yox, Bakıdakı “Dalğa Arena”da qəbul edəcək. Əyalətdə isə cəmi 1 oyun olacaq. Bu turun son görüşü – “Xəzər Lənkəran” – “Sumqayıt” matçı olacaq. İkinci “6-lığ”ın daha bir görüşü isə AZAL-la “Rəvan” arasında olacaq.

 

İlk “6-lığ”a gəldikdə, aprelin 20-də cəmi bir görüş baş tutacaq. “İnter” “kiçik qardaş”ı “Simurq”u qəbul edəcək. Ertəsi gün “Bakı” “Qarabağ”ı, lider “Neftçi” isə “Qəbələ”ni sınağa çəkəcək. Bu qarşılaşmalarda Ağdam təmsilçisi ilə flaqman qalib gəlsə, “Bakı” və “Qəbələ”nin çempion olmayacaqları rəsmiləşəcək. Üstəlik, onlar gümüş medaldan da əllərini üzəcəklər. Bununla da qızıl və gümüş medala iddialı komandaların sayı 4-ə enəcək.  

 

19 aprel (cümə)

 

17:00. “Kəpəz” (Gəncə) – “Turan” (Tovuz)

Bakı, “Dalğa Arena”

 

18:00. AZAL (Bakı) – “Rəvan” (Bakı)

Bakı, “AZAL Arena”

 

20 aprel (şənbə)

 

19:00. “İnter” (Bakı) – “Simurq” (Zaqatala)

Bakı, “Şəfa” stadionu

 

21 aprel (bazar)

 

16:00. “Bakı” – “Qarabağ” (Ağdam)

“Bakı” klubunun təlim-məşq bazasının stadionu

 

18:00. “Neftçi” (Bakı) – “Qəbələ”

Bakı, “Bakcell Arena”

 

19:00. “Xəzər Lənkəran” – “Sumqayıt”

Lənkəran şəhər  mərkəzi stadionu.

# 704
avatar

Oxşar yazılar