Topaz Premyer Liqası: 5-i 1-inə dəyməyən oyunlar – NƏTİCƏLƏR, TURNİR CƏDVƏLİ
31 mart 2013 01:31 (UTC +04:00)

Topaz Premyer Liqası: 5-i 1-inə dəyməyən oyunlar – NƏTİCƏLƏR, TURNİR CƏDVƏLİ

Futbol üzrə Topaz Premyer Liqasında final mərhələsinin daha bir turu arxada qalıb. Lent.az-ın məlumatına görə, XXIV tur həm ilk, həm də ikinci “6-lıq”da bir sıra prinsipial oyunlarla əlamətdar olub.

 

Mərkəzi görüş Bakıdakı “Şəfa” stadionunda “İnter”lə “Neftçi” arasında keçirilib. Liderliyi qaytarmaq istəyində olan meydan sahibləri buna nail ola bilməyiblər. Görüş flaqmanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Neftçi” xallarını 48-ə çatdırıb və ən yaxın izləyicisi “İnter”i 4 xal geridə qoyub.

 

İlk “6-lığ”ın daha 2 oyunu, eləcə də ikinci “6-lığ”ın bir görüşü də minimal hesabla yekunlaşıb. “Qəbələ” Azərbaycan Kubokunda olduğu kimi, Premyer Liqada da “Qarabağ”dan növbəti zərbə alıb. Bundan yararlanan “Bakı” Zaqatalada “Simurq” üzərində qələbə sayəsində 5-ci pilləyə yüksəlib. Yeganə qolun müəllifi qışda transfer olunan Marius Pena olub. Rumıniyalı legioner çempionatdakı qollarının sayını 5-ə çatdırıb.

 

“Sumqayıt” da autsayder “Kəpəz”ə 1 qolla qalib gəlib. Con Toşakın “Xəzər Lənkəran”ın baş məşqçisi qismində debütü heç-heçə ilə əlamətdar olub. AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Azərbaycan milli komandasının sükanı arxasında 8 il öncə də Toşakla rəqib olub. Amma o vaxt əcnəbi mütəxəssis Uels yığmasının baş məşqçisi olub və komandası 2:0 hesabı ilə qalib gəlib. Bu dəfə isə həm AZAL, həm də “Xəzər Lənkəran” hərəyə 1 qol vura bilib.

 

Günün darmadağını isə “Turan” - “Rəvan” matçında qeydə alınıb. Bu oyunda digər 5 görüşdəkindən çox – 7 qol vurulub. Tovuz klubu “Dalğa Arena”da qəbul etdiyi rəqibinə 2:6 hesabı ilə uduzub. “Rəvan”ın oyunçularından Xuan Manuel Varea “het-trik”, Mindauqas Kalonas “dubl” edib.

 

30 mart

 

“Xəzər Lənkəran” – AZAL (Bakı) – 1:1

Qollar: Alvaro Silva, 34 - Oskars Klava, 23
İstifadə olunmamış penalti: Zohair Benuahi, 68 (AZAL)

Qırmızı vərəqə: Junior Ailton, 72 (AZAL)
 

“Turan” (Tovuz) – “Rəvan” (Bakı) – 2:5

Qollar: Azər Məmmədov, 29. Fərmayıl Əliyev, 34 - Mindauqas Kalonas, 9; 60. Xuan Manuel Varea, 61; 68; 72 – penalti ilə. Miloş Adamoviç, 73

 

“Sumqayıt” – “Kəpəz” (Gəncə) – 1:0

Qol: Murad Doymuş, 67 – penalti ilə

 

“İnter” (Bakı) – “Neftçi” (Bakı) – 0:1

Qol: Culius Vobay, 31

Qırmızı vərəqə: Rəşad Sadiqov, 74 (“Neftçi”)
 

“Qarabağ” (Ağdam) – “Qəbələ” – 1:0

Qol: Riçard Almeyda, 39

 

“Simurq” (Zaqatala) – “Bakı” – 0:1

Qol: Marius Pena, 77

 

Turnir cədvəli

 

1 – 6-cı yerlər

 

N

Komanda

Oyun

Qələbə

Heç-heçə

Məğlubiyyət

Top fərqi

Xal

1.

“Neftçi”

24

15

3

6

49-25

48

2.

“İnter”

24

12

8

4

26-14

44

3.

“Qarabağ”

24

11

9

4

31-20

42

4.

“Simurq”

24

10

9

5

26-16

39

5.

“Bakı”

24

7

13

4

26-16

34

6.

“Qəbələ”

24

9

5

10

27-30

32

 

7 – 12-ci yerlər

 

7.

AZAL

24

8

9

7

36-27

33

8.

“Xəzər Lənkəran”

24

7

8

9

33-29

29

9.

“Sumqayıt”

24

7

7

10

25-39

28

10.

“Rəvan”

24

8

4

12

30-38

28

11.

“Turan”

24

6

5

13

26-45

23

12.

“Kəpəz”

24

2

4

18

13-49

10

 

Bombardirlər: Nikolas Kanales (“Neftçi”) – 20, Franko Nildo (AZAL) – 13 qol. 

# 1376
avatar

Oxşar yazılar