Futbol üzrə Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. Lent.az-ın məlumatına görə, artıq XIX turun 6 qarşılaşmasından 5-i arxada qalıb.
Oyunların 3-də 1:1 hesablı heç-heçə qeydə alınıb. İlk qollu bərabərlik AZAL – “Simurq” matçında olub. Ötən gün isə “Bakı” “Sumqayıt”la, “Qəbələ” isə “Qarabağ”la heç-heçə edib.
Tura fevralın 11-də “Xəzər Lənkəran” – “İnter” matçı ilə yekun vurulacaq.
9 fevral (şənbə)
“Kəpəz” (Gəncə) – “Neftçi” (Bakı) – 0:3
Qollar: Flavinyo, 26. Nikolas Kanales, 68. Araz Abdullayev, 73
“Rəvan” (Bakı) – “Turan” (Tovuz) – 2:0
Qollar: Miloş Adamoviç, 36. Mindauqas Kalonas, 71
AZAL (Bakı) – “Simurq” (Zaqatala) – 1:1
Qollar: Junior Nildo, 55 - Zdravko Popoviç, 2
Qırmızı vərəqə: Rasim Ramaldanov, 62 (“Simurq”)
10 fevral (bazar)
“Bakı” – “Sumqayıt” – 1:1
Qollar: Marius Pena, 29 - Orxan Əliyev, 12
Qırmızı vərəqə: Aqil Nəbiyev, 59 (“Bakı”)
“Qəbələ” – “Qarabağ” (Ağdam) – 1:1
Qollar: Luka Zinko, 41 - Riçard Almeyda, 55-penalti ilə
11 fevral (bazar ertəsi)
16:00. “Xəzər Lənkəran” – “İnter” (Bakı)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramil Diniyev
Lənkəran şəhər stadionu.