Toğrul Əsgərov: “Mənim yolum uzundu”
17 iyun 2015 23:30 (UTC +04:00)

Toğrul Əsgərov: “Mənim yolum uzundu”

“Həqiqətən çox çətin oldu. İki ildən artıqdı uğursuzluq yaşayırdım. Avropa və dünya çempionatlarında uğursuzluğa düçar oldum. Bu gün üçün çox güclü hazırlaşırdım. İstəyim, məqsədim o idi ki, I Avropa Oyunlarında qızıl medal qazanım”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanın sərbəst güləş yığmasının üzvü Toğrul Əsgərov deyib.

 

I Avropa Oyunlarında 65 kq çəki dərəcəsində mübarizə aparan Əsgərov qızıl medal uğrunda görüşdə İtaliya təmsilçisi Frank Kamizo Marquesi məğlub edib.

 

Olimpiya çempionumuz qələbəni Azərbaycan dövlətinə həsr etdiyini əlavə edib: “Olimpiya Oyunlarında, dünya çempionatında qələbə qazanmağa mənim potensialım çatır. 19 yaşımda Olimpiya çempionu olmuşam. Mənim yolum uzundu. İki il uğursuzluq oldu. Dizimdən əməliyyat olundum. Bir il döşəkdən kənarda qaldım. Bu bir ildə özümü toparlamaq çətin oldu ”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285

Oxşar yazılar