Böyük Britaniyanın paytaxtı Londondakı İddiaçılar Turnirində II turun görüşləri keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov ağ fiqurlarla ukraynalı Vasili İvançukla üz-üzə gəlib.
34-cü gedişdən sonra İvançuk təslim olub. Bununla da Rəcəbov ilk qələbəsini qazanıb. O, I turda israilli Boris Gelfandla heç-heçə etdiyi üçün xalını 1,5-ə çatdırıb.
Hesabat turunda Ermənistan şahmatçısı Levon Aronyan da qələbə qazanıb. Aronyan Gelfandı 35 gedişə yenib – 1:0.
Turnirin reytinq favoriti, norveçli Maqnus Karlsenlə rusiyalı Vladimir Kramnik arasındakı qarşılaşmanda 30-cu gedişdən sonra tərəflər heç-heçəyə razılaşıblar – 0,5:0,5.
Eyni nəticə daha iki rusiyalı Aleksandr Qrişukla Peter Svidlerin görüşünün 41-ci gedişində qeydə alınıb.
Bekləliklə, 2 turdan sonra Teymur Rəcəbov Levon Aronyanla birgə hərəyə 1,5 xalla liderliyi ələ alıb. Maqnus Karlsen, Vladimir Kramnik, Aleksandr Qrişuk və Peter Svidler hərəyə 1 xalla 3 – 6-cı yerləri bölüşdürürlər. Son 2 pillədə yer alan Vasili İvançukla Boris Gelfandın hesabında hərəyə 0,5 xal var.