Teymur Rəcəbovdan İddiaçılar Turnirinə uğursuz vida
01 aprel 2013 23:00 (UTC +04:00)

Teymur Rəcəbovdan İddiaçılar Turnirinə uğursuz vida

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Londonda keçirilən İddiaçılar Turnirini sonuncu pillədə başa vurub. Lent.az-ın yarışa ezam olunmuş müxbirinin verdiyi məlumata görə,  axırıncı turda 26 yaşlı təmsilçimiz qara fiqurlarla ermənistanlı Levon Aronyana uduzub 0:1.


35-ci gedişdə Rəcəbov təslim olub. Bununla da keçirdiyi 14 görüşdən yarısını məğlubiyyətlə bitirən şahmatçımız cəmi 1 qələbə və 6 heç-heçə ilə cəmi 4 xal yığa bilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707
avatar

Oxşar yazılar