Teymur Rəcəbov: "Akulalarla dolu hovuza atılmışam..."
01 aprel 2013 09:07 (UTC +04:00)

Teymur Rəcəbov: "Akulalarla dolu hovuza atılmışam..."

 

 

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Böyük Britaniyanın paytaxtı Londonda keçirilən İddiaçılar Turnirinin 13-cü turunda norveçli Maqnus Karlsenə məğlubiyyətini şərh edib. Lent.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Rəcəbov uduzduğu əvvəlki 5 görüşdən fərqli olaraq, bu dəfə təəssüflənmədiyini bildirib.

 

Onun fikrincə, bu məğlubiyyət şahmat üçün tarixi əhəmiyyətə malik olub. Çünki Karlsen qalib gələrək, 1-ci yer uğrunda intriqanı son turadək saxlayıb: “İndi elə vəziyyətdəyəm ki, sanki akulalarla dolu hovuza atılmışam. Əvvəllər də “Amber” superturnirində demək olar ki, bütün qarşılaşmalardan məğlub ayrılmışdım”. 

 

Rəcəbov, həmçinin bildirib ki, Karlsenlə görüşdə vəziyyətə nəzarət etməyə çalışsa da, rəqibi sonda ona kələk gələ bilib. Bundan sonra şahmatçımız norveçli qrossmeysterin şərhlərini gözləmədən üzrxahlıq edərək, mətbuat konfransını tərk edib. Gənc istedad isə deyib ki, 12-ci turda ukraynalı Vasili İvançuka ağ fiqurlarla uduzduqdan sonra özünə necə gəldiyini heç özü də bilmir: “Bu məğlubiyyətin acısını necə yaşadığımı ifadə etməkdə çətinlik çəkirəm. İndiyədək belə halla rastlaşmamışdım”.

 

Qeyd edək ki, Teymur Rəcəbov üzərində qara fiqurlarla qələbə qazanan Maqnus Karlsen rusiyalı Vladimir Kramniklə birgə liderliyi ələ alıb. Lakin daha çox qələbəsi olan Karlsen 1-ci pillədə qərarlaşıb. 

# 1684
avatar

Oxşar yazılar