“Yuventus”un hücumçusu Karlos Teves İtaliya Superkubokunun finalında qollarının sayını artırıb. Apasport.az saytının məlumatına görə, sözügedən kubokun həlledici matçında “Napoli”nin qapısından 2 top keçirən argentinalı futbolçu bobardirlər siyahında liderliyə yüksəlib.
Neapol təmsilçisi ilə görüşdə dubl edən (5 və 106-cı dəqiqələrdə) Teves “Milan”ın sabiq forvardı Andrey Şevçenko və “İnter”in keçmiş futbolçusu Samuel Eto’Oya çatıb.
Hər iki oyunçu İtaliya Superkubokunun finalında 3 dəfə fərqləniblər. Bu isə yarışın ən yaxşı göstəricidi.