Tərlan Əhmədov: ""Neftçi"də çəkdiyim əziyyətə heyfim gəldi"
20 iyul 2018 17:05 (UTC +04:00)

Tərlan Əhmədov: ""Neftçi"də çəkdiyim əziyyətə heyfim gəldi"

“Neftçi”nin dünənki oyununa baxanda çəkdiyimiz əziyyətə heyfim gəldi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Ötən mövsüm “ağ-qaralar”a bürünc medal qazandıran və Avropa Liqasına daşıyan Əhmədov bakılıların “Uypeşt”lə oyunlarına münasibət bildirib.

 

Paytaxt təmsilçisi cavab qarşılaşmasında 0:4 hesabı ilə məğlub olmasına baxmayaraq, 47 yaşlı mütəxəssis “Neftçi”nin hələ Bakıda qalib gəldiyi (3:1) görüşdən sonra vəziyyətin ürəkaçan olmadığını bildirib.

 

O, bu yenilgiyə görə xələfi Roberto Bordini günahlandırıb: “Bakıdakı oyundan sonra dostlarımla oturub söhbət edəndə dedim ki, bu komanda faciəyə gedir. Çünki komandanın burdakı matçda da qol vurmaq ehtimalı sıfıra bərabər idi. “Uypeşt”in qapıçısına “çox sağ ol” deməlidilər ki, ilk iki qolu hədiyyə etdi. Yoxsa “Neftçi” heç burda qol vura bilməyəcəkdi. 2 top fərqi ilə üstünlük əldə etmisən, səfərdə 5 müdafiəçi ilə oynayırsan. Hələ də mənə çatmır ki, bəzi məşqçilər niyə “beşli” müdafiə sisteminə keçirlər? Belədə rəqibə üstünlük verirsən ki, meydanın sizə aid olan hissəsində oynasın. Niyə komanda orda qələbə qazanmaq istəmədi, niyə müdafiəyə oturdu, niyə rəqibin oyunu düzgün təhlil olunmamışdı və niyə futbolçular motivasiya edilməmişdi? Bütün bu sualları indiki baş məşqçiyə ünvanlamaq lazımdı”.

 

Qeyd edək ki, Əhmədov ötən mövsümün əvvəlində qəbul etdiyi “Neftçi” ilə yayda yollarını ayırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397
avatar

Oxşar yazılar