Terimə acı xəbər
28 yanvar 2013 12:41 (UTC +04:00)

Terimə acı xəbər

Bacanağı rəhmətə getdiyi üçün mətbuat konfransında iştirak etməyib

 

Dünən Türkiyə superliqasında öz sahəsində “Beşiktaş” komandasını məğlub edən “Qalatasray” komandasının baş məşqçisi Fatih Terimin oyundan sonra mətbuat konfransına qatılmamasının səbəbi açıqlanıb.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Fatih Terimin köməkçilərindən Hasan Şaş jurnalistlərə açıqlamasında deyib ki, Fatih Terim bacanağı Unal Göksel rəhmətə getdiyi üçün oyundan sonra təcili evinə yollanıb.

“Qalatasray” klubu baş məşqçinin bacanağının rəhmətə getməsi ilə bağlı klubun rəsmi saytında başsağlığı yayımlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1384
avatar

Oxşar yazılar