Təqaüdçü futbolçular ixtisara düşəcəklər
16 mart 2013 14:26 (UTC +04:00)

Təqaüdçü futbolçular ixtisara düşəcəklər

Futbol Veteranları Fondunun Əsasnaməsinin yenidən hazırlanması barədə AFFA İcraiyyə Komitəsinin (İK) qəbul etdiyi qərarın səbəbi müəyyənləşib.  Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun Lent. az-a verdiyi məlumata görə, hazırda Azərbaycanda 4000-dək veteran futbolçu var.

 

Rəhimovun fikrincə,  bu qədər veteranın hamısına təqaüd verilə bilməz: “Bu səbəbdən, qərara alındı ki, Fondun Əsasnaməsi yenidən hazırlansın. Bundan sonra təqaüd yalnız keçmiş SSRİ çempionatının yüksək liqasında çıxış etmiş futbolçulara şamil olunacaq”.

 

Hazırda veteranlar üçün təqaüdün məbləği 180 manatdır. SSRİ çempionatının yüksək liqasında ölkəmizi qısa fasilələrlə 1988-ci ilədək “Neftçi”, 1968-ci ildə “Kəpəz”, 1930-cu illərdə isə “Temp” təmsil edib.

 

İK-in iclasında Topaz Premyer Liqası formatının dəyişdirilməsi barədə də qərar qəbul edilib. Nazirlik rəsmisi 4 dövrədən ibarət 10 komandalı formata keçidi dəstəkləyib.

 

Qeyd edək ki, hazırda Premyer Liqa 12 komandanın iştirakı ilə “6-lıq” formatında keçirilir. Yeni format növbəti mövsümdən tətbiq olunacaq. 

# 688
avatar

Oxşar yazılar