Təbrizin “Şəhridari” futbol komandasının superliqaya düşməsini İran Futbol Federasiyasının əngəlləməsi Şərqi Azərbaycanda etirazla qarşılanıb.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, əyalətin idman və gənclərlə iş üzrə idarəsinin baş direktoru Əkbər Mahmudi mətbuata açıqlamasında Federasiyanın “Şəhrdari”yə qarşı belə davranmaq niyyətini "kəmfürsətlərin istəyinə tabe olmaq" kimi xarakterizə edib.
O, Azərbaycan futbol komandalarının Asiya liderləri ilə oynamağa qadir olduğunu yada salaraq, “Traxtur”, “Qostəreşe-Fulad” və “Şəhrdari” klublarının superliqada iştirakının ölkə futboluna yeni həyəcan gətirəcəyini bildirib.
Ə.Mahmudi Futbol Federasiyasının “Şəhrdari”yə maneələr törətməsini də pisləyib.