Aprelin 28-də Topaz Premyer Liqasının 28-ci turunda paytaxtın “Bakı” və Zaqatalanın “Simurq” klubları arasında keçirilən oyundan sonra insident baş verib. Lent.az-ın məlumatına görə, paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə bitən matçdan sonra “Simurq” azarkeşlərindən biri əsəblərini cilovlaya bilməyərək, yaxınlığında olan komandanın baş məşqçisi Georgi Çixradzeni təhqir edən ifadələr işlədib. Baş məşqçi təhqirə dözməyərək, azarkeşə hücum edib və onu döyüb. Hadisə polislərin gözü qarşısında baş versə də, onlar insidentə müdaxilə etməyiblər.