Təbriz klubundan növbəti qələbə
29 mart 2013 08:49 (UTC +04:00)

Təbriz klubundan növbəti qələbə

 

Təbrizin “Traktorsazi” futbol klubu İran çempionatında növbəti qələbəsini qazanıb. Lent.az-ın məlumatına görə, 31-ci tur çərçivəsində komanda səfərdə keçirdiyi oyunda “Damaş”ı 2:1 hesabı ilə məğlub edib. Çempionatda Cənubi Azərbaycanı təmsil edən yeganə komanda olan “Traktorsazi”nin qollarını birinci hissədə Məsud İbrahimzadə və Seyid Məhəmməd Salehi vurub. Bu qələbədən sonra Təbriz təmsilçisi xallarının sayını 58-ə yüksəldib və lider “İstiqlal”la xal fərqini 2-yə endirib.

 

Qeyd edək ki, “Traktorsazi” rəqiblərinə nisbətən bir oyun çox keçirib.  

# 1021
avatar

Oxşar yazılar