Rusiya milli komandasının və “Zenit” klubunun futbolçusu Aleksandr Kerjakova 330 milyon rubl pul atıblar. Lent.az-ın məlumatına görə, bu barədə tanınmış hücumçunun vəkili İqor Reşetnikov açıqlama verib.
O bildirib ki, Kerjakova Voronej vilayətinin Panin rayonunda neftayırma zavodunun sahiblərindən biri olacağı deyilib. Müəssisənin 2012-ci ilin noyabrında işə düşəcəyi vəd olunub. Amma hələ də belə bir zavod yoxdur. Kerjakovun isə VİP-müştəri olduğu “Gazprombank”dakı şəxsi hesabından pullar itib. Voronejli biznesmen Mixail Surinin adına köçürməni bank meneceri Vladimir Baqayev aparıb.
Qeyd edək ki, faktla bağlı “Dələduzluq” maddəsi ilə cinayət işi qaldırılıb.