Taekvondoçumuz Avropa çempionu
20 aprel 2013 00:39 (UTC +04:00)

Taekvondoçumuz Avropa çempionu

Moldovanın Kişinyov şəhərində 21 yaşadək taekvondoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan təmsilçisi Fəridə Əzizova qızıl medal qazanıb. Lent.az-ın məlumatına görə, Əzizova ilk döyüşdə hollandiyalı Reak Kimi 7:3 hesabı ilə yenərək ¼ finala yüksəlib.

 

O, növbəti görüşdə polşalı Lis Katarjinanı 9:4, yarımfinalda italiyalı Ritselli Kristianı 1:0 hesabı ilə məğlub edib və finala yüksəlib. Həlledici görüşdə isə Əzizova fransalı Niare Abini 4:1 hesabı ilə yenərək, çempion olub.

 

Qeyd edək ki, Fəridə Əzizova ötəl il Misirdə gənclər arasında keçirilmiş dünya cempionatında da qızıl medal qazanıb.

 

# 1094
avatar

Oxşar yazılar