Taekvondoçularımızdan daha 1 qızıl və 2 gümüş medal
10 aprel 2016 17:26 (UTC +04:00)

Taekvondoçularımızdan daha 1 qızıl və 2 gümüş medal

Taekvondo üzrə yığma komandamız Almaniyanın Bonn şəhərində keçirilən "DTF Prezidentinin Kuboku" G-2 kateqoriyalı yarışda çıxışını başa vurub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ikinci və üçüncü günü komandamız üçün uğurlu alınıb.

 

Belə ki, turnirin ikinci günündə 80 kq çəki dərəcəsində ölkəmizi təmsil edən, Avropa Oyunlarının və Dünya Kubokunun qalibi Milad Beigi Hərçəqani, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsinə qalxıb.

 

Çempionluq yolunda o, əvvəlcə rusiyalı Dmitri Zakrepini (12:0), xorvatiyalı Luka Horvatı (11:6) və polyak Pyotr Pazinskini (6:3) məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

 

Finalın bir addımlığında isə adlı sanlı Moldova təmsilçisi Aaron Kuk (13:2) mübarizədən kənarlaşdırılıb.

 

Həlledici görüşdə Türkiyə yığma komandasının üzvü Yunus Sarını məğlub edən Milad reytinq aktivinə 20 xal və yığma komandamız üçün Avropa çempionatına bu çəki dərəcəsində əlavə bir lisenziya qazandırıb.

 

Prezident kubokunun üçüncü və son günü də medalla başa çatıb. Daha iki təmsilçimiz mükafatçılar sırasında yer alıb.

 

Belə ki, 54 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Məcid Sofiyev və qadın taekvondoçumuz, Avropa Oyunlarının bürünc mükafatçısı, Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Patimat Abakarova (53 kq) yalnız final döyüşündə rəqibə məğlub olaraq, yarışı gümüş medalla başa vurub.

 

Beləliklə, çempionat yığmamız üçün 4 medalla başa çatıb.

 

Qeyd edək ki, turnirin ilk günündə Məhəmməd Məmmədov da gümüş medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277

Oxşar yazılar

"Bavariya" Almaniya Superkubokunu qazandı

"Bavariya" Almaniya Superkubokunu qazandı

17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi

"Barselona" səfərdə qalib gəldi

17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı

“Neftçi” “Şamaxı” ilə bacarmadı

16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı

“Mançester Siti” PSJ-nin qapıçısını aldı

16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını  qeydiyyatdan keçirdi

"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi

16 avqust 2025 , 16:40
Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü,  oyun dayandı

Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü, oyun dayandı

16 avqust 2025 , 13:56
Messi yenidən meydana qayıtdı

Messi yenidən meydana qayıtdı

16 avqust 2025 , 09:42
"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

15 avqust 2025 , 19:56