ABŞ-ın “Bleacher Report” nəşri idmançıların dopinq kimi yararlandıqları ən qəribə preparatların reytinq siyahısı dərc edib. Lent.az-ı n məlumatına görə, siyahıya 10 maddə və vasitə salınıb.
Onların hər birinə 10 ballıq cədvəllə “qeyri-adilik səviyyəsi” verilib. Reytinqdə ilk yeri qadınların aldıqları sperma nümunələri tutub. Belə nümunələr almaqla onlar donordan doğulacaq uşağın idmançı olacağına ümid ediblər. Bu cür düşünən valideynlər haqqında süjet ABŞ-ın ESPN kanalında göstərilib.
Amerika futbolu oynayan Rey Lüisin yararlandığı maral buynuzlarından spreyinə 9 bal verilib.
Qadınlarda süd vəzisi xərçənginin müalicəsi üçün nəzərdə tutulan tamoksifen preparatı 8 bal alıb. Onu kişi beysbolçu Marlon Berd qəbul edib.
Məhsuldarlığı bərpa etmək üçün qadınların qəbul etdiyi dərman 7 bal alıb. Ondan digər kişi beysbolçu Menni Ramires yararlanıb. Eyni miqdarda qiyməti psixoaktiv maddə sayılan LSD alıb. Bu maddəni 1970-ci ildə beysbolçu Dok Ellis matç öncəsi səhər çağı qəbul edib. O, həmin gün oyununun olmadığını düşünərək, səhvən belə addım atıb. Amma karyerasında ən yaxşı oyunu alınıb. Son zamanlar məşhur amerikalı idmançılar arasında populyar plazma trombositlərinin zənginləşdirilməsi yolu ilə artritin müalicəsi metoduna icazə verən “alman proseduru”na da 7 bal verilib.
Sovet hərbi həkimləri tərəfindən işlənilib hazırlanmış bromantan stimulyatoru 5 bal alıb. Bu stimulyatordan çox vaxt rus idmançılar yararlanıblar.
Diqqət və hiperaktivlik stimulyatorunun, habelə, astma xəstəsi olanlar üçün inhalyasiya cihazı – adderall 4 bal qazanıb.
2 bala isə pivə layiq görülüb. Bu içkini 1968-ci il olimpiadasında isveçli beşnövçü Hans-Qunnar Lilyenvall atış öncəsi əsəblərini sakitləşdirmək üçün qəbul edib.