ŞOK İDDİA: Mourinyo gedir, Terim gəlir
11 aprel 2013 12:44 (UTC +04:00)

ŞOK İDDİA: Mourinyo gedir, Terim gəlir

Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Fatih Terim İspaniya “Real Madrid”inin sükanı arxasına keçə bilər. Lent.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, ispaniyalı aparıcı idman yazarları belə iddia ilə çıxış ediblər.

 

Onlar bildirirlər ki, “kral klubu”nun hazırkı baş məşqçisi Joze Mourinyo növbəti mövsümdən Fransa PSJ-sini çalışdıracaq. Portuqaliyalı mütəxəssis öz yerinə yaxın dostu Terimin gətirilməsini təklif edib. O, hətta “Real Madrid”in prezidenti Florentino Pereslə görüşündə türkiyəli həmkarı barədə müsbət fikirlər səsləndirib.

 

Qeyd edək ki, İspaniyanın “Valensiya” və “Sevilya” klubları da Fatih Terimlə maraqlanır. Hər iki klub 60 yaşlı mütəxəssisin gələn mövsüm də “Qalatasaray”ın sükanı arzasında qalıb-qalmayacağını öyrənmək istəyir. Onlar mövsümün sonunda Terimə rəsmi təklif ünvanlamaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1981
avatar

Oxşar yazılar