ŞOK! Məşhur futbolçu yaşını 12 il saxtalaşdırıb
04 aprel 2013 17:36 (UTC +04:00)

ŞOK! Məşhur futbolçu yaşını 12 il saxtalaşdırıb

Nigeriya milli komandasının sabiq futbolçusu Taribo Uest yaşını 12 il azaldıb. Lent.az-ın məlumatına görə, bu barədə “dailymail.co.uk”a Serbiya “Partizan”ının eks-prezidenti Jarko Zeseviç açıqlama verib.

 

O bildirib ki, məşhur müdafiəçi 2002-ci ildə “Partizan”la müqavilə bağladığı vaxt 28 yaşında olduğu deyilib: “Sonradan Uestin həmin anda 40 yaşında olduğunu bildik. Lakin o, yaxşı oynadı və komandada olmasına təəssüflənmədik. 44 yaşında həkimlər futbolçuya bioloji yaşının 32 olduğunu dedilər. Amma dizindəki müayinə zamanı həkimlərdə Uestin yaşının çox olmasına dair şübhələr yarandı”.

 

Qeyd edək ki, hazırda “Vikipediya”da Taribo Uestin 39 yaşında olduğu yazılıb. Uest 1996-cı ildə Nigeriya yığmasının heyətində Atlanta Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı olub. Onun ən yaxşı illəri isə Fransa “Oser”i və İtaliya “İnter”ində keçib.

# 1149
avatar

Oxşar yazılar

Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57