Yunanıstanın “Olimpiakos” futbol komandasının baş məşqçisi Leonardo Yardim istefaya göndərilib. Lent.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis uğurlu nəticələrinə rəğmən qovulub. Klub prezidenti Evangelos Marinakis həyat yoldaşı Atanasiya ilə Yardimin görüşdüyünü öyrəndikdən sonra belə bir qərar verib. Baş məşqçi əvvəllər çoxlu sayda manekenlə də sevişib. Onun klub prezidentinin xanımına da “qarmaq atması” işini itirməsi bahasına başa gəlib.
Qeyd edək ki, Leonardo Yardimin rəhbərliyi altında “Olimpiakos” 17 oyunu 14 qələbə, 3 heç-heçə ilə başa vurub. Yunanıstanın tanınmış iş adamlarından olan Evangelios Marinakis isə kluba 2010-cu ildən rəhbərlik edir.