ŞOK! Avropada 380 danışılmış oyun faktı üzə çıxdı
04 fevral 2013 17:07 (UTC +04:00)

ŞOK! Avropada 380 danışılmış oyun faktı üzə çıxdı

Avropa Polis Agentliyi 380 futbol matçının danışılmış olduğunu üzə çıxarıb. Lent.az-ın məlumatına görə, bu barədə qurumun prezidenti Rob Ueynrayt açıqlama verib.

 

O bildirib ki, belə qənaətə hərtərəfli araşdırmalardan sonra gəliblər. Ueynrayt danışılmış oyunların 15 ölkəni əhatə etdiyini vurğulayıb. Nəticədə 425 nəfərə qarşı cinayət işi açılıb.

 

Danışılmış oyunlar arasında Çempionlar Liqası, eləcə də dünya və Avropa çempionatı qarşılaşmaları da var. Ueynrayt belə oyunların tərkibini və hara keçirildiyini tam açıqlamasa da, Çempionlar Liqasındakı görüşlərdən birinin İngiltərədə baş tutduğunu söyləyib. O, danışılmış oyunların bukmeyker kontorları vasitəsilə həyata keçirildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128
avatar

Oxşar yazılar