ŞOK! AFFA şübhəli oyunla bağlı araşdırmaya başladı – EKSKLÜZİV
05 fevral 2013 12:40 (UTC +04:00)

ŞOK! AFFA şübhəli oyunla bağlı araşdırmaya başladı – EKSKLÜZİV

Futbol üzrə Topaz Premyer Liqasının XVII turunda Bakının AZAL və Tovuzun “Turan” komandaları arasında keçirilmiş oyunla bağlı araşdırmalara başlanılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar UEFA-nın oyun alqı-satqısı və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün Azərbaycanda təyin etdiyi nümayəndə, AFFA-nın hüquqşünası Rəmiş Malıyevin rəhbərliyi altında aparılır.

 

Artıq “Turan”ın vitse-prezidenti Namiq Məstanov, komandanın baş məşqçisi Əfqan Talıbov və futbolçu Aleksandr Krutskeviç dindiriliblər. Məstanov Lent.az-a deyib ki, Malıyevdən əlavə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə yazılı izahat verib. O, daha öncə mətbuata verdikləri açıqlamaları izahatla təsdiqlədiklərini vurğulayıb.  

 

İzahatında yazdıqları barədə danışan Talıbov isə Lent.az-a bildirib ki, AZAL-la oyundan sonra Krutskeviçin zəif oyununun səbəbini soruşub. Krutskeviç deyib: “Əsəblərim pozulmuşdu. Həm ailəmizdə problemlər var, həm də matçdan əvvəl komanda yoldaşlarım oyunun satıldıqlarını söyləmişdi”.

 

AZAL-ın mətbuat katibi Eldəniz Yusifov isə Lent.az-a açıqlamasında AFFA-nın başlatdığı araşdırmadan xəbərsiz olduqlarını deyib. O, təmsil etdiyi klubdan heç kimin federasiyada izahat vermədiyini bildirib.

 

Qeyd edək ki, 2012-ci il dekabrın 15-də keçirilmiş AZAL – “Turan” matçı qolsuz tamamlanıb – 0:0.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2022
avatar

Oxşar yazılar