ŞOK! “Son 1 ildə Azərbaycandan xarici bukmeyker kontorlarına 30-40 milyon dollar qoyulub”
08 may 2013 18:50 (UTC +04:00)

ŞOK! “Son 1 ildə Azərbaycandan xarici bukmeyker kontorlarına 30-40 milyon dollar qoyulub”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri Böyük Millət Məclisinə mərc oyunlarındakı mövcud cəzaların sərtləşdirilməsi təklifini irəli sürüblər. Lent.az-ın məlumatına görə, təkliflərdə təxirə salınmış cəzaların həbslə əvəzlənməsi də əksini tapıb.

 

 

Məlumata görə, xaricdə keçirilən idman yarışlarına internet vasitəsilə pul qoyuluşu edərək, Türkiyədən vəsait axınına yol verənlərə 4 ildən 6 ilədək həbs cəzası kəsiləcək. Pul axınına vasitəçilik edənlər 3 ildən 5 ilədək həbsə atılacaqlar. Həmin şirkətlərin reklamını yayınlayanlara 1 ildən 3 ilədək həbs tətbiq olunacaq.

 

Bu oyunlar üçün təchiz edilən və ya oynanılmasında istifadə olunan əşya, ortaya qoyulan və ya qazanılan hər cür əmlak Türkiyə Cinayət Məcəlləsinə əsasən, müsadirə olunacaq.

 

Türkiyənin banklara nəzarət edən qurumuna da bank kartı və ya kredit kartlarının qanunsuz bukmeyker kontorlarında istifadəsini əngəlləmək səlahiyyəti verilib. Rabitə və Telekommunikasiya Nazirliyi isə qanunsuz mərc oyunlarına internet vasitəsilə pul qoyuluşunun əngəllənməsi məqsədilə tədbirlər görəcək. Nazirliyə təqdim olunan saytlar dərhal qapadılacaq.

 

Azərbaycanda ilk rəsmi virtual mərc oyunu “www.etopaz.az”ı idarə edən NETBET şirkətinin baş direktoru Altay Əliyev isə Lent.az-a bildirib ki, Türkiyədə qanunsuz mərc oyunlarına qarşı cəza tədbirləri bir neçə ildir görülməkdədir. Yeni təklif isə cəzaları sərtləşdirmək məqsədilə irəli sürülüb: “Türkiyədə qanuni mərc oyunları operatoru “İddaa” sayılır. Virtual mərc oyununa pul qoyuluşu isə 6 internet ünvanı vasitəsilə edilir. Bu ünvanlar arasında ən məşhuru “Bilyoner.com”dur. Bu sayt 7 ildir fəaliyyət göstərir və bizim tərəfdaşımızdır. İnternet dövriyyəsinin 50 faizi “Bilyoner.com”a məxsusdur. 2012-ci il martın 1-də fəaliyyətə başladığımız vaxt bu şirkətdən xarici saytlara girişi necə bağladıqlarını və necə mübarizə apardıqlarını soruşduq. Cavabında bizə Türkiyənin Rabitə və Telekommunikasiya Nazirliyinin həmin saytlara girişi qadağan etdiyini dedilər. Amma internet aləmi belədir ki, “proxy”lərdən ünvanlara girmək mümkün olur. Sadəcə, hazırda Türkiyədə “gamebookers.com”, “bwin.com” kimi saytlara girərək, öz akkauntunda oynamaq istəyirsənsə, ekranda “bu ölkə ərazisində oynaya bilməzsən” yazır. Bunu həmin saytların özləri tətbiq edib. Bunu digər böyük saytlardan bəziləri də yazır. Lakin bukmeyker saytları həddən artıq çox olduğundan və daha çox Türkiyə bazarına Şimali Kiprdən girildiyindən, Türkiyə vətəndaşları Şimali Kiprdən pul qoyuluşu edə bilirlər. Yəqin ki, belə hallara qarşı mübarizə məqsədilə cəzalar sərtləşdirilib”.

 

A.Əliyevin fikrincə, xarici bukmeyker kontorlarına pul qoyuluşunun edilməsi ölkədən pulun çıxarılması deməkdir. Xarici bukmeyker kontorları hansısa neytral ölkədə, məsələn, Cəbəllüttariq, Antiquada otururlar, heç bir ölkəyə vergi vermirlər, ona görə də əmsalları yüksək göstərirlər. Lakin bu gün istər Topaz, istərsə də eTopaz Azərbaycan dövlətinə vergi ödəyir, ölkə əhalisinin pulunun kənara çıxmamasını təmin edir, vətəndaşlar çox rahat şəkildə uduşlarını dövlət təminatı ilə anındaca ala bilirlər. Yəni, biz bu sistemi internet üzərindən həyata keçirmişik. Lakin biz qanuni fəaliyyət göstəririk, dövlətə vergi ödəyirik. Bundan başqa idmanın inkişafına müəyyən vəsait ayrılır. Ona görə də oyunlara yüksək əmsallar verə bilmirik və aşağı təyin etmək məcburiyyətində qalırıq. Türkiyədə isə əmsallar bizimkindən də aşağıdır. Çünki qardaş ölkədə vergi daha yüksəkdir”.

 

Baş direktor bildirib ki, bu yaxınlarda İngiltərədə keçirilən sərgilərdən birində son 1 il ərzində Azərbaycandan xarici bukmeyker saytlarına 30-40 milyon dollar qoyulduğu elan olunub: “Təsəvvür edin, həmin saytlara giriş bağlansa, ölkəmizdə xeyli pul qalacaq. Lakin hələ bu istiqamətdə bir nəticə yoxdur”.

# 2514
avatar

Oxşar yazılar

"Səbail" "Qəbələ"yə UDUZDU

"Səbail" "Qəbələ"yə UDUZDU

6 may 2024 , 21:56
Qazaxıstanlı milyarder İngiltərə  futbol klubunu   aldı

Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı

6 may 2024 , 19:47
Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24
"Barselona"nın  keçmişq baş məşqçisi   vəfat edib

"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib

6 may 2024 , 15:12
 “Bayer” “Benfika”nın  rekordunu təkrarladı

 “Bayer” “Benfika”nın rekordunu təkrarladı

6 may 2024 , 13:44
Ronaldonun 2016-cı ildən bəri  ən məhsuldar  mövsümü

Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü

6 may 2024 , 12:09
Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57