Sevgili axtarışında olan amerikalı evlənmək ümidi ilə reklam lövhəsi qurub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ümidsizcə eşq axtarışında olan subay kişi evlənmək ümidi ilə həftədə 400 dollara nəhəng reklam lövhəsi quraşdırmaq qərarına gəlib.
70 yaşlı Al Gilberti partnyor tapmaq arzusuna çatmaq üçün reklam lövhəsi üçün pul ödəyib. O, artıq uğur qazanıb: Al cəmi iki həftə ərzində 400-dən çox zəng və 50 e-poçt qəbul edib. Reklam lövhəsində Alın hündür fotosu və ardınca "Evlənmək və Həzz almaq" yazıları əks olunub.
O, zənglərin çoxunun onun pulunu istəyən insanlardan olduğunu, lakin tezliklə düzgününü tapacağına ümid etdiyini bildirib. Onun üç dəyişməz tələbi sadiqlik, dürüstlük və səmimiyyətdir. O, doğru insan üçün ABŞ-ın və hətta Avropanın istənilən yerinə köçməyə hazır olduğunu deyir.
“Mənim pensiya gəlirim var, sağlamam, yaşıma uyğun gəlmirəm və münasibətə açığım. Bir çox yaşlı insanlar qapalıdır, amma mən elə deyiləm... Məncə, hər kəs müəyyən mənada tənhadır. Davamlı ünsiyyətdə olduğun heç kim yoxdursa, deməli təksən”.