FİFA cənubi koreyalı 41 futbolçunu danışılmış oyunların təşkilində iştirakları ilə ömürlük diskvalifikasiya edib. Lent.az-ın məlumatına görə, həmin oyunçulara futbolla bağlı istənilən fəaliyyət qadağan olunub.
Daha 21 oyunçu isə etdiklərindən peşmançılıq keçirdikləri üçün nisbətən yüngül sanksiya ilə qurtulublar. Onlar 2 ildən 5 ilədək davam edən sınaq müddətindən və 200-500 saatlıq ictimai işləri yerinə yetirdikdən sonra futbola qayıda bilərlər.