Şimali İrlandiya Rusiyaya kompensasiya ödəyəcək
15 aprel 2013 19:08 (UTC +04:00)

Şimali İrlandiya Rusiyaya kompensasiya ödəyəcək

Rusiya Futbol İttifaqı (RFİ) Şimali İrlandiya Futbol Assosiasiyasından kompensasiya alacaq. Lent. az-ın məlumatına görə, səbəb iki ölkə yığmaları arasında martın 22-də keçirilməli olan 2014-cü il dünya çempionatının seçmə qrup matçının baş tutmamasıdır.

 

Ötən həftə iki federasiya rəsmiləri ilə FİFA nümayəndələri arasında oyunun yeni tarixinin müəyyənləşdirilməsi məqsədilə keçirilən görüşdə prinsipial razılığa gəlinib. Artıq rəsmi sənədlər FİFA-ya göndərilib və ödəniş aprelin sonunadək aparılacaq.

 

Qeyd edək ki, Rusiya millisinin martın 18-dən 21-dək London yaxınlığında keçdiyi təlim-məşq toplantısına, Belfastdan Böyük Britaniya paytaxtına qayıdaraq, Braziliya ilə yoldaşlıq görüşünə çəkdiyi xərclər kompensasiyaya daxil deyil.

 

# 463
avatar

Oxşar yazılar