Sərgən Yalçın Super liqa klubunun baş məşqçisi oldu
30 aprel 2016 12:16 (UTC +04:00)

Sərgən Yalçın Super liqa klubunun baş məşqçisi oldu

Türkiyənin əfsanəvi futbolçularından olan Sərgən Yalçın Super Liqa klubunun baş məşqçisi olacaq.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, keçmiş futbolçu ”Qaziantepspor”la 1,5 illik müqavilə imzalayıb.

Bununla bağlı klubun prezidenti İhsan Güney məlumat verib. O, bildirib ki, baş məşqçi Mutlu Topçu ilə yollarının ayrılmasının ardından yenidən Sərgən Yalçınla anlaşdıq.

Qeyd edək ki, Sərgən Yalçın “Qaziantepspor” klubun bundan əvvəl 2013-2014 mövsümündə baş məşqçi olub.

Xatırladaq ki, Sərgən Yalçın futbolçu zamanında Türkiyə millisinin üzvü olub. O, Türkiyənin 3 böyük klubu- “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş” formasını da geyinib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Səlcuq Elçin

Oxşar yazılar