Livanlı futbol hakimi Əli Sabbah 6 aylıq həbs cəzasına məhkum edilib. Lent.az-ın məlumatına görə, 34 yaşlı referi aprelin 3-də Sinqapurda seks xidmətləri qarşılığında danışılmış oyunun təşkilində ittiham olunur.
Məhkəmə onun 2 yan xətt hakimi ilə birgə Asiya Futbol Konfederasiyasının Kuboku uğrunda Sinqapurun “Tampins Rovers” və Hindistanın “İst Benqal” komandaları arasındakı görüşün nəticəsinə təsir etdiklərini müəyyənləşdirib. Hər 3 hakim “lazımi” nəticəni təmin etmələrinin əvəzi kimi fahişələrin xidmətindən yararlandıqlarını etiraf edib. Matç “Tampins Rovers”in qələbəsi ilə yekunlaşıb – 4:2.
Qeyd edək ki, hakim köməkçiləri 3 aylıq həbsə məruz qalıblar.