Şəhriyar Məmmədyarovdan ilk qələbə
17 mart 2014 17:24 (UTC +04:00)

Şəhriyar Məmmədyarovdan ilk qələbə

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən İddiaçılar Turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb. Lent.az-ın məlumatına görə, Məmmədyarov 4-cü turda ağ fiqurlarla rusiyalı Dmitri Andreykini üstələyib.

 

42-ci gedişdə D. Andreykin təslim olub. Bu qələbə sayəsində xalını 1,5-ə çatdıran şahmatçımız son pillədən qurtulub. 4-cü turun digər görüşlərində Vişvanatan Anand (Hindistan) Vladimir Kramniklə (Rusiya), Sergey Karyakin (Rusiya) isə Veselin Topalovla (Bolqarıstan) xalları yarı bölüb – 0,5:0,5. Levon Aronyan (Ermənistan) – Peter Svidlert (Rusiya) görüşü isə hələ başa çatmayıb.  

 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov ilk turda Topalovla heç-heçə etsə də, Aronyanla Ananda uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760

Oxşar yazılar