Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə İddiaçılar Turnirinə start verilib. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk turda ağ fiqurlarla bolqarıstanlı Veselin Topalovu sınağa çəkib.
32-ci gedişdən sonra tərəflər heç-heçəyə razılaşıblar – 0,5:0,5. Dmitri Andreykin (Rusiya) – Vladimir Kramnik (Rusiya) və Sergey Karyakin (Rusiya) – Peter Svidler (Rusiya) matçlarında da eyni hesab qeydə alınıb. Keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) isə Levon Aronyanı (Ermənistan) məğlub edib – 1:0. Növbəti turun görüşləri martın 14-də olacaq.
Qeyd edək ki, 8 şahmatçının mübarizə apardığı İddiaçılar Turniri 2 dövrədən və 14 turdan ibarətdir. Turnirə martın 30-da yekun vurulacaq. Qalib şahmatçı gələn il hazırkı dünya çempionu Maqnus Karlsenlə (Norveç) üz-üzə gələcək.