Şehiç 600-ü keçib, dayandı
03 mart 2018 22:19 (UTC +04:00)

Şehiç 600-ü keçib, dayandı

0

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Azərbaycan Premyer Liqasındakı quru oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, bosniyalı qapıçı 6 oyun qapısını toxunulmaz saxlasa da, 7-ci matçda rəqibə əngəl ola bilməyib.

 

Sonuncu dəfə XVII turun “Kəpəz”lə ev matçından (1:0) qol buraxmadan ayrılan Şehiç ən son IX turda qol buraxıb. O, 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə qarşılaşmanın (0:1) 8-ci dəqiqəsində Asif Məmmədovun fərqlənməsinə mane ola bilməyib.

 

Həmin qoldan sonra Şehiç meydanda olduğu matçlarda uğurlu seriyaya imza atmışdı. Ötən il “Səbail” (1:0), “Kəpəz” (2:0) və 30-cu dəqiqəsində qırmızı vərəqə aldığı “Sumqayıt”la (2:0), mövsümün ikinci yarısında isə “Qəbələ” (0:0), “Səbail” (1:0), “Kəpəz”lə görüşlərdə top buraxmayan İbrahimin quru seriyası 562 dəqiqəyə çatmışdı.

 

“Sumqayıt”la görüşün 50-ci dəqiqəsində Amil Yunanova mane ola bilməyən qapıçının “quru” seriyası 612-ci dəqiqədə dayanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar