Məşhur kamerunlu futbolçu Samuel Eto prezident seçkilərində namizəd olacaq. Apasport.az saytının xəbərinə görə, karyerasını “Konyaspor”da davam etdirən veteran hücumçu bu barədə Fransa mətbuatına açıqlama verib.
Eto bildirib ki, Kamerun prezidenti olmaq istəyi onda çoxdan yaranıb: “Ölkəmə rəhbərlik etmək xəyalım Yuli Sezarın Romaya başçılıq arzusu ilə eynidi. Bu yolda heç bir əngəl görmürəm. 11 nazir və 7 baş katibdən ibarət hökumət kabineti qurmağı planlaşdırıram. Baş katiblər vəzifəsinin öhdəsindən gələ bilməyən nazirləri əvəzləyəcək”.