Şahmatçımız dünya çempionu oldu
10 iyun 2013 12:18 (UTC +04:00)

Şahmatçımız dünya çempionu oldu

Rusiyanın Xantı-Mansiysk şəhərində sürətli şahmat üzrə dünya çempionatı başa çatıb. Lent.az-ın məlumatına görə, İsveçrə sistemi üzrə 15 turdan ibarət çempionatın qalibi azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov olub.

 

20-dək ölkədən 58  şahmatçının qələbə uğrunda mübarizə apardığı yarışda qrossmeysterlərimizdən Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli də qüvvəsini sınayıb. Məmmədyarov 15 oyundan 11.5 xalla qalib adını qazanıb. Hüseynov və Məmmədov 9 xalla müvafiq olaraq, 5-ci və 10-cu yerləri tutublar. Səfərli isə aktivinə 7.5 xal yaza bilib.

 

Qeyd edək ki, sürətli şahmat üzrə dünya Çempionatı 2-ci dəfədir keçirilir. Ötən il çempionatın qalibi rusiyalı Sergey Karyakin olub.

# 1199
avatar

Oxşar yazılar