Azərbaycan prezidenti İlham Əliyev 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
|
Təşkilat Komitəsinin sədri |
||
|
Yaqub Eyyubov |
- |
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini |
|
Təşkilat Komitəsinin üzvləri |
||
|
Azad Rəhimov |
- |
Azərbaycan Respublikasının gənclər və idman naziri |
|
Elman Rüstəmov |
- |
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti |
|
Hacıbala Abutalıbov |
- |
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı |
|
Elmar Məmmədyarov |
- |
Azərbaycan Respublikasının xarici işlər naziri |
|
Ramil Usubov |
- |
Azərbaycan Respublikasının daxili işlər naziri |
|
Eldar Mahmudov |
- |
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri |
|
Samir Şərifov |
- |
Azərbaycan Respublikasının maliyyə naziri |
|
Əbülfəs Qarayev |
- |
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri |
|
Əli Abbasov |
- |
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri |
|
Oqtay Şirəliyev |
- |
Azərbaycan Respublikasının səhiyyə naziri |
|
Rövnəq Abdullayev |
- |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti |
|
Aydın Əliyev |
- |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri |
|
Firudin Nəbiyev |
- |
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi |
|
Mahir Məmmədov |
- |
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti |
|
Faiq Həsənov |
- |
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti |
Təşkilat Komitəsi 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi Tədbirlər Planı hazırlasın və icra olunmasını təmin etməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.