2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına şahmat da salına bilər. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov açıqlama verib.
O bildirib ki, hələ Oyunların proqramına salınacaq bütün növlərin siyahısı rəsmiləşməyib: “Hələ bu barədə yekun qərar verilməyib. Biz Avropa Oyunlarını keçirməyə ərizə vermişik və ümid edirik ki, qəbul olunacaq. Bir azdan gənclər və idman naziri Azad Rəhimovla görüşdə bunu da müzakirə edəcəyik. 2 ay öncə Prezident İlham Əliyevə də proqrama şahmatın salınacağına ümid etdiyimizi bildirdim”.
Qeyd edək ki, ilkin siyahıda Avropa Oyunlarının proqramına 17 olimpiya və 2 qeyri-olimpiya növünün salınacağı bildirilir.
Şahmat Avropa Oyunları proqramına salına bilər
536