Sabir Rüstəmxanlının oğlu Cavid Qurbanovu əvəzlədi
29 sentyabr 2015 18:10 (UTC +04:00)

Sabir Rüstəmxanlının oğlu Cavid Qurbanovu əvəzlədi

0

"Azəryol" voleybol klubunun rəhbərliyində dəyişiklik baş verib. Azərbaycan Voleybol Federasiyasından  verilən məlumata görə, klub prezidenti vəzifəsinə Cəmil Rüstəmxanlı seçilib. 

O, yeni vəzifədə Cavid Qurbanovu əvəzləyib. "Azəryol"un icraçı direktoru Yusif Atakişiyev, baş məşqçisi isə Aleksandr Çervyakov olub. Klubun sabiq icraçı direktoru Zöhrab Gözəlbəyli "Azərreyl" klubunda eyni vəzifədə işə başlayıb. Baş məşqçi vəzifəsi isə Bülent Karslıoğluna tapşırılıb. Amma "dəmiryolçular"ın yeni prezidenti hələ dəqiqləşməyib. 

Qeyd edək ki, Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC-nin sədr müavini vəzifəsində çalışır. O, xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlının oğludur. Cavid Qurbanov isə "Azəryolservis"in sabiq, "Azərbaycan Dəmir Yolları" QSC-nin hazırkı sədridir.    

"Report"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar