Rüştü Rəçbər: “Fənərbağça”nın finala çıxacağına inanıram” - EKSKLÜZİV
22 aprel 2013 17:39 (UTC +04:00)

Rüştü Rəçbər: “Fənərbağça”nın finala çıxacağına inanıram” - EKSKLÜZİV

“Fənərbağça”nın Avropa Liqasının finalına yüksələcəyinə inanıram”.

Bunu Lent.az-a eksklüziv açıqlamasında “sarı-lacivərdlilər”in sabiq qapıçısı Rüştü Rəçbər deyib.

 

Ötən il karyerasını başa vurmuş Rəçbər bildirib ki, 15 ilədək şərəfini qoruduğu klubun tarixində ilk dəfə Avroliqanın yarımfinalınadək irəliləməsi böyük uğurdur. O, “Fənər”in kuboku qazanmasını çox istədiyini də əlavə edib: “İnanıram ki, “Fənər” Portuqaliya “Benfika”sını da üstələyəcək və Hollandiyanın paytaxtı Amsterdamda keçiriləcək finala gedəcək. İnşallah, kuboku da qazanarlar. Mən bunu çox istəyirəm. Çox böyük iş gördülər. Böyük uğur nümunəsi göstərdilər. İnşallah, bunun sonunu da gətirərlər”.

 

Qeyd edək ki, Rüştü Rəçbərlə geniş müsahibə bir azdan Lent.az oxucularına təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990
avatar

Oxşar yazılar