“Xəzər Lənkəran” Azərbaycan yığmasının futbolçusunu havayı buraxıb
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Rusiyanın “Rubin” klubu ilə 2,5 illik müqavilə imzalayıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı müdafiəçi Kazan təmsilçisinə azad agent kimi keçib. Bu isə o deməkdir ki, “Rubin” Abışovun sonuncu komandası “Xəzər Lənkəran”a transfer haqqı ödəməyib.
Qeyd edək ki, Ruslan Abışov 10 oktyabr 1987-ci ildə Bakıda anadan olub. Boyu 187 sm, çəkisi 74 kq-dır. Abışov onu yetişdirən “Neftçi”də 153 oyuna 18, bu mövsümün əvvəllərində transfer olunduğu “Xəzər Lənkəran”da 17 oyuna 1, Azərbaycan millisində isə 30 oyuna 3 qol vurub. O, həmçinin “Neftçi”nin heyətində 2011 və 2012-ci illərdə Azərbaycan çempionu olub.