Rusiyanın “Rubin” klubuna transfer olunan Ruslan Abışov yetirməsi olduğu “Neftçi” futbol klubunun bazasında olub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Abışov Kazan komandasının düşərgəsinə yollanmamışdan öncə flaqman rəhbərliyi ilə görüşüb.
Görüşdə o, "Neftçi”nin yetirməsi olduğunu və futbolu burada öyrəndiyini vurğulayıb. Abışov futbolda əldə etdiyi nailiyyətlərə görə “ağ-qaralar”a borclu olduğunu da deyib: “Əgər futbolda nəyəsə nail olmuşamsa, bunu “Neftçi”yə borcluyam. Komandadan ayrılsam da, klub rəhbərliyi və burada çalışan insanlarla mütəmadi əlaqə saxlayıram. “Neftçi” ilə ardıcıl 2 il çempionluq yaşamışam. Mənim ən böyük nailiyyətləim bu klubun adı ilə bağlıdır. Mən doğma klubumdan halallıq almamış yola çıxa bilməzdim”.
Görüşün sonunda "Neftçi"nin heyətində çempionluq yaşamış Ruslan Abışova ötən mövsümün qızıl medalı təqdim olunub.