Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun futbolçusu Ruslan Abışov Rusiya “Rubin”inin heyətində debüt edib. Lent.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçinin debütü Kazan komandasının Moldova “Şerif”i ilə Türkiyənin Antalya şəhərində keçirdiyi yoxlama matçına təsadüf edib.
Saat bu gün 12:30-da başlanan görüşdə baş məşqçi Kurban Berdıyev Abışovu start heyətində meydana buraxıb. Hazırda “Şerif” 1:0 hesabı ilə irəlidədir.