Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Rusiyanın “Rubin” klubu ilə birgə İspaniyanın paytaxtı Madridə yollanıb. Lent.az-ın “Rubin”in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Atletiko” ilə səfərdə keçiriləcək Avropa Liqasının 1/16 final matçı üçün səfərə çıxanlar arasında Abışov da var.
Amma 26 yaşlı müdafiəçi fevralın 14-də “Visente Kalderon” stadionunda baş tutacaq matçı tribunadan izləyəcək. Çünki onun adı 2012-2013-cü il mövsümünün ikinci yarısı üçün təqdim sifariş olunan futbolçular arasında yoxdur.
Qeyd edək ki, “Atletiko” – “Rubin” matçı Bakı vaxtı ilə saat 00:05-də başlanacaq.