Ruslan Abışov  “Rubin”in düşərgəsində
16 yanvar 2013 13:01 (UTC +04:00)

Ruslan Abışov “Rubin”in düşərgəsində

Azərbaycan milli komandasının və “Xəzər Lənkəran”ın futbolçusu Ruslan Abışov hazırda Rusiya “Rubin”inin düşərgəsindədir. Bu barədə Lent.az-a klubun prezidenti Mais Mənsimov eksklüziv açıqlamasında bildirib.

 

O bildirib ki, Abışov üçün “Rubin”dən “Xəzər Lənkəran”a rəsmi təklif gəlib. Bu səbəbdən, 26 yaşlı müdafiəçi hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan Kazan komandasının sıralarına qoşulub. Mənsimovun sözlərinə görə, futbolçunun taleyinə tibbi müayinənin nəticəsindən sonra aydınlıq gələcək: “Ruslan həkim müayinəsindən uğurla keçsə, “Rubin”lə müqavilə bağlayacaq”.

 

Qeyd edək ki, “Rubin”in mətbuat xidmətinin rəhbəri Maksim Lopuxov ötən gün Lent.az-a açıqlamasında komandanın düşərgəsinə Ruslan Abışov adlı futbolçunun gəlmədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1472
avatar

Oxşar yazılar