“Krasnodar” klubunun və Rusiya yığmasının hücumçusu Fyodor Smolov karyerasını Almaniyada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Borussiya” yaxından maraqlanır.
Dortmund təmsilçisi bu keçidin baş tutması üçün 10 milyon avro xərcləməyə hazırdı. Almanlar Smolovu Çindən təklif alan Adrian Ramosun əvəzləyicisi qismində görürlər.
Qeyd edək ki, karyerası ərzində Moskva “Dinamo”su, “Feyenord”, “Anji” və “Ural” klublarının da formasını geyinmiş Smolov 2015-ci ildən “Krasnodar”da çıxış edir.