Rusiya çempionatının autsayderi “Neftçi”ni biabır etdi
28 yanvar 2013 12:10 (UTC +04:00)

Rusiya çempionatının autsayderi “Neftçi”ni biabır etdi

“Neftçi” futbol komandası Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısı çərçivəsində dördüncü yoldaşlıq görüşünə çıxıb. Lent.az-ın məlumatına görə, rəqib Rusiya “Amkar”ı olub.

 

Oyun Bələkdəki “Maxi Royal” otelinin meydanında baş tutub. Daha öncə Rusiya “Rotor”una 1:0, Qazaxıstan “Aktobe”sinə 3:2, Makedoniya “Turnovo”suna 2:1 hesabı ilə qalib gəlmiş  flaqmandan fərqli olaraq, “Amkar” ilk yoxlama matçında qüvvəsini sınayıb. Qarşılaşma permlilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Əvvəlki oyunlarından dərhal sonra qələbə qazandıqlarını həvəslə çatdıran “Neftçi”nin rəsmi saytında “Amkar”la matç barədə hələ də heç bir xəbər yerləşdirilməyib. Rusiya klubunun saytından isə məlum olur ki, Perm təmsilçisi oyunu iki fərqli heyətlə keçirib. İlk yarıda meydana çıxan heyət artıq 24 dəqiqəyə 3 qol vurub. 10-cu dəqiqədə Georgi Peyev, 15-ci dəqiqədə Martin Yakubko, 24-cü dəqiqədə Aleksandr Kolomeytsev fərqlənib. Fasilədən sonra baş məşqçi Nikolay Trubaçev “Amkar”ın “11-liy”ini tamamilə dəyişib. Amma bu dəfə də “Neftçi” qol vura bilməyib. Əvəzində Yevgeni Tyukalov 64-cü dəqiqədə yekun nəticəni müəyyənləşdirib.   

 

Qeyd edək ki, “Amkar” Premyer Liqasında 19 turdan sonra 19 xalla 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Oxşar yazılar