İngiltərə Premyer Liqasının 22-ci turunda “Stok Siti” ilə qarşılaşan (1:1) “Mançester Yunayted”in futbolçusu Ueyn Runi tarixi nəticəyə imza atıb. Apasport.az saytının məlumatına görə, oyunun 90+4-cü dəqiqəsində fərqlənən hücumçu “qırmızı şeytanlar”ın heyətində 250-ci qolunu vurub.
O, bununla komandasını məğlubiyyətdən xilas etməklə yanaşı, həm də klub tarixinin ən yaxşı bombardiri Bobbi Çarltonu (249 qol) geridə qoyub.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2004-cü ildən "Mançester Yunayted"də çıxış edir.